Dəmir yumruq » Hadisə » Məhkəmə(lər) “Azəriqaz”ın çaldığına “oynayır”:Ədalət prinsipləri saya alınmır
Hadisə / Cəmiyyət / Bugün, 08:51

Məhkəmə(lər) “Azəriqaz”ın çaldığına “oynayır”:Ədalət prinsipləri saya alınmır

 

Ali Məhkəmə Plenumu istehlak münasibətlərini ümumi , hakimlər kommersiya məhkəməsinə aid edir

Cavabdeh “Azəriqaz” ın bu məhkəmədə “oyun havaları” süründürməçiliyə yeni meydan verib. Məhkəmə işi aidiyyatı üzrə ümumi məhkəməyə qaytarmaq əvəzinə həftədə bir dəfə hazırlıq iclası təyin edir.

Bu sətirlər jurnalist Məğrur Bədəlsoyun Yenixeber.org-a ünvanladığı yazıda yer alır:

Azəriqaz”ın Nizami rayonu, Babək prospekti-71 saylı binanın yanındakı 1-ci dərəcəli Qarabağ qazisinə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən qeyri-yaşayış obyektinə xidmət göstərməkdən, obyektin “Kombi” sistemi ilə qızdırılması üçün qazla təmin edilməsindən imtinasının yaşı 18-ə çatır. Azərişıq” anında, “Azərsu” 11 ildən sonra məhkəmə qərarının icrası olaraq xidmətə başlasa da, Azəriqaz” məhkəməni də “qaz havası”na oynadır”.

Nizami məhkəməsi nə müvəqqəti təminat tədbiri kimi, nə də iddia icraatı qaydasında işə baxır. 2024-cü ilin yayından əlil-istehlakçının 17 il qabaq öz vəsaiti ilə çəkdiyi xəttə sayğac quraşdırılması tələbini 17 aydır məhkəmə hakimiyyəti süründürür. Hakim Qumru Əliyeva 5 aydan sonra (?-işlərə baxılıb həll edilməsi müddəti ən çoxu 4 aydır-M.B.) , özü də iddiaçı qazi qospitalda müalicədə olanda işi “aidiyyatı” üzrə Bakı Kommersiya Məhkəməsinə  göndərib və  hakim Günay Namazova hazırlıq iclası barədə bildiriş verəndə özbaşına aidiyyat qaydasından şikayət verilib. Süründürməçiyə etirazına görə (?)1-ci dərəcəli Qarabağ qazisini yatağında 300 manat cərimələyən hakim Qumru Əliyeva aidiyyatdan şikayəti Ali Məhkəməyə göndərmək əvəzinəBakı Apellyasiya Məhkəməsinə göndərib. İş Qarabağ qazisini məhkəməyə iddia verdiyinə görə (?) 400 manat cərimələyən heyətə (Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadəverilib və icraat itirilib. 9 aylıq “itkinlik”dən sonra (?) Ali Məhkəmədə işə 3-cü şəxslər cəlb edən üçlük (Zaur Əliyev, Vüsalə Baxışova, Zəki Babayev) iddiaçı qazinin etirazına baxmadan nə süründürməçiliyə, nə iddiaçının müalicədə olması üzrlü səbəbinə, nə aiddiyyatın pozuntusuna qiymət verib. Bu arada Nizami məhkəməsi (h. Həqiqət Əhmədova) müvəqqəti təminat tədbirindən imtina edən qərardadından şikayəti həmin gün elektron kabinetdə yerləşdirməyi “unudub”, bir aydan sonra (?) Bakı Apellyasiya Məhkəməsinə göndərmək əvəzinə, aidiyyat” adı ilə Ali Məhkəməyə göndərib. Ali instansiya geri qaytarıb və Həqiqət Əhmədova öz qərardadını ləğv edib. Di gəl, MPM-in 269.2-cmaddəsinin tələbinə uyğun olaraq sonrakı prosessual hərəkətlər etməyib, 9 aydan sonra(?) icraatdan imtina edib. Məhkəmə Hüquq Şurası qeyri-prosessual özbaşınalığa, adi istehlak münasibətindən irəli gələn sayğac quraşdırılması tələbinin süründürməçiliyə qurban edilməsinə qiymət verməyə borclu olsa da, 18 aydır susur.

İş Nizami məhkəməsindən aidiyyatı” Bakı Kommersiya Məhkəməsinə göndərilib və eyni hakimin (Günay Namazovaicraatına verilib. Cavabdeh “Azəriqaz” ın bu məhkəmədə “oyun havaları” süründürməçiliyə yeni meydan verib. Məhkəmə işi aidiyyatı üzrə ümumi məhkəməyə qaytarmaq əvəzinə həftədə bir dəfə hazırlıq iclası təyin edir. Süründürməçilik iclaslarına “qazı” cavabdeh “Azəriqaz” vurur”.   Azəriqaz”ın rəhbərinin topdan” 10 nəfəri 1-ci dərəcəli Qarabağ qazisinə qarşı VƏKİL (?- yalnız VK üzvləri bu addan yararlana bilər, başqasının vəkil adından istifadəsi 800 manat cəriməyə səbəb olur) etdiyi  işçilərindən Vaqif Abdullayev 19.12.2025-ci ilə təyin olunan hazırlıq iclasınıödənişsiz məzuniyyətdə olması səbəbindən növbəti ilə- 08.01.2026-cı ilə keçirilməsinə nail olub. Məhkəmənin “qaz havası”na qol götürüb oynamağına” baxın, Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov 16.12. 2025-ci il tarixli əmrlə  Vaqif Abdullayevi 19.12.2025-ci ildən (?-ikinci iclas bu tarixə təyin olunub) ödənişsiz məzuniyyətə göndərib və onun məhkəməyə məzuniyyətini pozmamaq ərizəsini hakim təmin edib. (?) Bəyəm 10 nəfər vəkil ediləndən yalnız Vaqif Abdullayevın iştirakı məcburidir, başqası məhkəməyə sifarişi yerinə yetirə bilməz? Açıq-aşkar məhkəməyə hörmətsizlik, süründürməçilik göz önündə olsa da, məhkəmə nə süründürməçiliyə son qoyur, nə işin aidiyyatının pozuntusuna. Heç bir il qabaq 19.12.2024-cü il tarixli aktla Nizami məhkəməsinin 1-ci dərəcəli Qarabağ əlilinə 6 saylı vəkil bürosundan ayırdığı vəkilin xidmətdən imtinasına da qiymət verən yoxdur.

İndi söz Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrindədir. İşlərin ümumi və yaxud kommersiya məhkəməsinə aid olmasını formalaşdıran vahid məhkəmə təcrübəsində istehlak münasibətlərindən irəli gələn tələblərə ÜMUMİ MƏHKƏMƏDƏ baxılmalı olmasını Ali Məhkəmənin Plenumu 18.09.2020 tarixli, 10 saylı Qərarı ilə  təsbit edib. Məhkəmələr Ali Məhkəmənin Plenumunun qərar(ları)na boyun əyməlidirlər, yoxsa cavabdeh(lər)in “oyun havası” sifarişinə?

Qarşı tərəfin cavab haqqını tanıyırıq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.