Xocavənddə vəzifəli şəxsin ölümü ilə nəticələnənqəzanın görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 20-si Beyləqan rayonu ərazisində baş verib.
Xocavənd rayon Statistika İdarəsinin rəisi Fərnad Tahir oğlu Tahirov istifadəsində olan xidməti “Nissan Sunny” markalı 28-AA-021 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində F. Tahirov hadisə yerində həyatını itirib.