Dəmir yumruq » Hadisə » Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı
Hadisə / Bugün, 08:55

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı

 

Dekabrda 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb.

Demiryumruq.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir. 

Əlavə məlumat veriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.