Xəbər lenti
Dəmir yumruq » Hadisə » Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxs saxlanıldı
Hadisə / Bugün, 08:19

Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxs saxlanıldı

 

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Bu barədə Demiryumruq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7000 pulunu ələ keçirib.

Polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.\

Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1050 manat dəyərində “ağıllı” qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.Quliyeva və V.Rzayev də müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə zəruri araşdırmalar aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.