Dəmir yumruq » Hadisə » Azərbaycanda axtarışda olan şəxs atasının məzarı başında TUTULDU
Hadisə / Bugün, 07:29

Azərbaycanda axtarışda olan şəxs atasının məzarı başında TUTULDU

 

Azərbaycanda axtarışda olan şəxs qəbiristanlıqda saxlanılıb.
 
Demiryumruq.az xəbər verir ki, hadisə Goranboy rayonu Dəliməmmədli şəhərində baş verib.
 
Bakıda mebel sexi işlədən 39 yaşlı Fuad Quliyev (ad və soyad şərtidir) atasının vəfatının ildönümü ilə əlaqədar onun dəfn olunduğu Dəliməmmədli şəhərindəki qəbiristanlığa ziyarətə gedib. Mülki axtarışda olan Fuadın məzarlığa gəlməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Əməkdaşlar qəbiristanlıqda ona yaxınlaşaraq, axtarışda olduğunu və şöbəyə gəlməli olduğunu bildiriblər. Lakin bu zaman Fuad Quliyev polisin qanuni tələbinə məhəl qoymayıb.
 
Nəticədə o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.
 
Fuad Quliyev ifadəsində peşman olduğunu deyib.
 
Goranboy rayon Məhkəməsinin qərarı ilə Fuad Quliyev barəsində 8 gün müddətinə inzibati həbs qərarı verilib. /Lent.az/

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.