Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNRPU) (Rusiya) laboratoriyasında hidrodinamik sınaq qurğusunun təzyiqinin azaldılması nəticəsində partlayış baş verib, nəticədə kişi və qız ölüb.
Demiryumruq.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Perm vilayəti üzrə İstintaq Komitəsi iki nəfərin, bir kişi və səkkiz yaşlı qızın "universitetdə baş verən insident"də həlak olduğunu bildirib.
Daha iki nəfər yaralanıb. Perm diyarının ərazi təhlükəsizliyi naziri vəzifəsini icra edən Albert Mərdanovun sözlərinə görə, 3 nəfər xəsarət alıb. Rusiya İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olma (Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi) ilə bağlı cinayət işi açıb.
Rusiyanın Telegram kanalının məlumatına görə, Perm Politexnik Universitetində sınaqdan keçirilən sistemi hazırlayan zavodun direktoru və qızı həlak olub.
Telegram kanalının məlumatına görə, partlayış PNRPU-nun laboratoriyasının sınaq üçün istifadə edildiyi aerokosmik fakültəsinin binasında baş verib.