Dəmir yumruq » Hadisə » Yerdə güclü maqnit qasırğası başladı
Hadisə / Bugün, 09:10

Yerdə güclü maqnit qasırğası başladı

 

Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Demiryumruq.az xəbər verir ki, maqnit qasırğasına gözlənilmədən Yerə doğru gələn Günəş plazmasının atılması səbəb olub.

Alimlər iddia edirlər ki, plazma buludu əvvəlcə kənara doğru hərəkət edib, lakin sonra Yer kürəsi yaxınlığında peyda olub və planetə kifayət qədər güclü zərbə endirib və bu da maqnitosferdə şiddətli reaksiya yaradıb.

"Bu plazmanın gəlməsinin modellərdə əks olunmaması faktının özü uzunmüddətli proqnoz qurmağa imkan vermir. Buna baxmayaraq, güclü qasırğalar gözlənilmir, çünki zərbə buludun kənarından gəlir. Lakin dekabr ayı ərzində Günəşdə hər şey qarışıq şəkildə baş verir və buna görə hər şey gözləmək olar", - deyə məlumatda qeyd edilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.