Dəmir yumruq » Hadisə » AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI
Hadisə / Bugün, 11:58

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

 

Qazaxıstan Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı dərc etməzdən əvvəl iki xarici laboratoriyanın araşdırma nəticələrini gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına görə, aviaqəzalarının yekun araşdırma hesabatı hadisənin baş verdiyi tarixdən etibarən 12 ay ərzində dərc olunmalıdır.

Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində Bakıdan Qroznı istiqamətinə uçan təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, iki stüardessa da daxil olmaqla 29 nəfər sağ qalıb.

Qeyd edək ki, qəza ilə bağlı araşdırma hesabatı 2025-ci ilin dekabr ayına qədər tamamlanması planlaşdırılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.