Dəmir yumruq » Hadisə » Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
Hadisə / Bugün, 07:43

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

 

Dekabrın 6-da və 7-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
DİN-in Mətbuat Xidmətindən Demiryumruq.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.