Dəmir yumruq » Hadisə » Ədliyyə Nazirliyi əməliyyat keçirdi, məhkumun gizlətdiyi silahlar aşkarlandı
Hadisə / Manşet / Bugün, 07:46

Ədliyyə Nazirliyi əməliyyat keçirdi, məhkumun gizlətdiyi silahlar aşkarlandı

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçiriblər.

Demiryumruq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb

Bildirilib ki, əməliyyat nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryol xəttinin yanındakı tikilidə gizlədilmiş bir ədəd "TT" markalı tapança, bir ədəd tapança darağı, beş ədəd 7.62 kalibrli tapança patronu, dörd ədəd 7.62 kalibrli avtomat patronu, bir ədəd "F-1" markalı əl qumbarası və bir ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.