Dəmir yumruq » Hadisə » Bakıda evlərdən 4 meyit tapıldı
Hadisə / Bugün, 07:40

Bakıda evlərdən 4 meyit tapıldı

 

Bakıda evlərdən 4 meyit tapılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Təvəkkül İsmayıl oğlu Səfərovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Binəqədi rayonu, Cavadxan küçəsi ev 3 mənzil 58-də tapılıb. 

1966-cı il təvəllüdlü Asif Behbud oğlu Hümbətovun üzərində zorakılıq əlaməti görünməyən meyiti yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsindəki evdə aşkar edilib. 

1952-ci il təvəllüdlü Leonid İvanoviç Stepanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Hövsan qəsəbəsindəki evdə tapılıb.

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin sakini, 2012-ci il təvəllüdlü Kəmalə Tərlan qızı Məmmədzadə yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib. 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.