Bakıda evlərdən 4 meyit tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Təvəkkül İsmayıl oğlu Səfərovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Binəqədi rayonu, Cavadxan küçəsi ev 3 mənzil 58-də tapılıb.
1966-cı il təvəllüdlü Asif Behbud oğlu Hümbətovun üzərində zorakılıq əlaməti görünməyən meyiti yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsindəki evdə aşkar edilib.
1952-ci il təvəllüdlü Leonid İvanoviç Stepanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Hövsan qəsəbəsindəki evdə tapılıb.
Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin sakini, 2012-ci il təvəllüdlü Kəmalə Tərlan qızı Məmmədzadə yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib.