Dəmir yumruq » Hadisə » Bir il ərzində ikinci SSRİ insidenti - GÖRÜNTÜ
Hadisə / Cəmiyyət / Bugün, 07:46

Bir il ərzində ikinci SSRİ insidenti - GÖRÜNTÜ

 

Ölkədə son bir il ərzində sovet simvollarının ictimai məkanda nümayiş etdirilməsi ilə bağlı ikinci ciddi insident qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup şəxsin Bakıda SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərdiyi əks olunub.

Daxili İşlər Nazirliyinin keçirdiyi tədbirlər nəticəsində həmin şəxslər - Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak edən digər şəxslər saxlanılıb. Onlar barəsində cinayət işi başlanılıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər başqa bir dövlətin dəstəyi ilə maliyyələşib, ofis icarəyə götürərək qrup halında fəaliyyət göstəriblər. Həmin ünvanda aparılan baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təşviq edən kitab nüsxələri, CD-disklər və elektron daşıyıcılar aşkarlanıb.

Qeyd edək ki, bu cür hal ilk dəfə deyil. Bir müddət əvvəl İmişli rayonunun Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı xatirə kompleksi üzərinə qaldırılıb. Həmin tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun sinəsində “Georgi lenti” olması da müzakirələrə səbəb olmuşdu. O, daha sonra vəzifədən uzaqlaşdırılıb və barəsində cinayət işi başlanılıb.

Keçmiş kommunist ölkələrinin əksəriyyətində SSRİ simvollarının ictimai istifadə və təbliği qanunvericiliklə məhdudlaşdırılıb. Bunun səbəbləri arasında totalitar keçmişin reabilitasiyasına yol verilməməsi və siyasi manipulyasiya risklərinin azaldılması göstərilir.

Azərbaycan cəmiyyəti sovet dönəmindən artıq 34 il uzaqlaşsa da, bəzi insanlar üçün SSRİ hələ də təkcə tarix kitablarında qalmayıb, zehinlərdən tam silinməyib. Bu cür insidentlər isə müasir dövlətçilik, milli identiklik və müstəqillik dəyərlərini daha da ön plana çıxarır.

1480722

1480721

1480719

1480720


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.