Dəmir yumruq » Hadisə » Şəhid məzarlarından oğurluq edənlər saxlanıldı
Hadisə / Bugün, 17:21

Şəhid məzarlarından oğurluq edənlər saxlanıldı

 

Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər saxlanılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.
 
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə aşkarlanaraq şəhid ailələlərinə qaytarılıb.
 
Hadisə ilə bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.