Səudiyyə Ərəbistanında ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Belə ki, Məkkədən Mədinəyə doğru hərəkət edən avtobus dizel yanacağı daşıyan yük maşını ilə toqquşub.
Avtobusda olan azı 42 hindistanlı zəvvar ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır.
Baş redaktor: Anar Əlişahoğlu Telefon: +99499 100 99 23 Telefon: +99477 100 77 23 Email: [email protected] Haqqımızda
© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.