Dəmir yumruq » Hadisə » Gəncə aeroportunda ƏMƏLİYYAT: şirniyyat qutularından görün nələr çıxdı?
Hadisə / Manşet / 11-11-2025, 09:42

Gəncə aeroportunda ƏMƏLİYYAT: şirniyyat qutularından görün nələr çıxdı?

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
 
Dövlət Gömrük Komitəsindən Moderator.az-a verilən xəbərə görə, İstanbul–Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalar Gəncə Beynəlxalq Aeroportunun gəliş zalında rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.
 
Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, eləcə də şifahi, elektron və ya yazılı formada bəyan olunmayan, üstü şirniyyat ilə örtülmüş qutularda xüsusi üsulla gizlədilən, hər biri 10 həb olmaqla, ümumilikdə 645 konvolyut “Lioresal” markalı dərman preparatı aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.