Rusiyanın Yekaterinburq şəhərində gizli spirtli içki istehsalı sexi aşkar edilib.
Demiryumruq.az yerli mediaya istinadla bildirir ki, sex Pervomayskaya küçəsində, barın içərisində yerləşir. Müəssisənin azərbaycanlı sahibkarı əvvəllər şərablı dondurmanın qanunsuz satışı ilə məsuliyyətə cəlb olunmuş Heydər Nəsrəddin oğlu Əliyevdir.
Müəssisədə mənşəyi bilinməyən spirt tərkibli maye ilə dolu onlarla beş litrlik qab aşkar olunub və həmin maye burada adi əl üsulu ilə butulkalara doldurulub. Qutularda boş qablar və etiketlər də tapılıb, yəni tam şəkildə gizli sex fəaliyyət göstərib.