Dəmir yumruq » Hadisə » Bərdədə yol qəzası - Ata və oğlu həlak oldu
Hadisə / Bugün, 08:26

Bərdədə yol qəzası - Ata və oğlu həlak oldu

Ötən gecə Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Mehdili kəndi ərazisində iki “Lada Priora” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun 2005-ci il təvəllüdlü oğlu Röyal Əliyev  2003-cü il təvəllüdlü Səyyad Elnur oğlu Əliyev hadisə zamanı vəfat edib. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları qəza zamanı avtomobildə sıxılı qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı 




DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.