Dəmir yumruq » Hadisə » Azərbaycanlı sürücü ikisi polis olmaqla, 4 nəfəri əzdi
Hadisə / Bugün, 07:47

Azərbaycanlı sürücü ikisi polis olmaqla, 4 nəfəri əzdi

 

Rusiyanın Tver şəhərində azərbaycanlı sürücü 4 piyadanı vurub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Osnabrük küçəsində baş verib.

27 yaşlı azərbaycanlı sürücü “Opel” markalı avtomobillə hərəkətdə olarkən ikinci dərəcəli yoldan “Chevrolet” idarə edən qadın çıxıb. İlkin versiyaya görə, ilk avtomobilin sürücüsü sürət həddini aşıb, lakin ikinci avtomobili ötüb keçmək üçün etdiyi manevrdən sonra idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dayanacaqda dayanan insanların üstünə çırpılıb.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb, onların arasında DİN-in iki əməkdaşı da var. Məlumatlara görə, zərərçəkən qadınlardan biri ağır vəziyyətdədir, digəri isə komadadır. Daha iki nəfər, o cümlədən yeddi yaşlı uşaq da xəsarət alıb.

Qəzadan sonra azərbaycanlı sürücü müəyyən hərəkətlərin qadağan edilməsi ilə evə buraxılıb. Tver vilayətinin prokurorluğu isə apellyasiya qaydasında sürücüyə qarşı seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə qərarını şikayət edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.