Dəmir yumruq » Hadisə » İrandan gələn narkotiki BYD ilə daşıyanlar tutuldu
Hadisə / Bugün, 10:02

İrandan gələn narkotiki BYD ilə daşıyanlar tutuldu

 

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Demiryumruq.az-a verilən məlumata görə, Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

“Lənkəran” sərhəd dəstəsinin və Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində 99-PC-617 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Azərbaycan vətəndaşları – Cəfərov Emin Cəfər oğlu və Rəhmətullayev Neman Arif oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.