Dəmir yumruq » Hadisə » DİN-dən "Sədərək"dəki insidentlə bağlı açıqlama
Hadisə / Bugün, 08:42

DİN-dən "Sədərək"dəki insidentlə bağlı açıqlama

 

Dünən sosial şəbəkələrədə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Axar.az-a bildirib ki, "Sədərək" Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.