Dəmir yumruq » Hadisə » Bakıda FACİƏ: bacısını xilas etmək istəyən qadın özü yanıb öldü
Hadisə / 11-10-2025, 09:12

Bakıda FACİƏ: bacısını xilas etmək istəyən qadın özü yanıb öldü

 

Bakıda qadın faciəvi şəkildə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

60 yaşlı İbrahimova Sərvinaz Xəlil qızı oktyabrın 5-də yaşadığı evdə yanıq xəsarətləri alıb. Yaralı Nərimanov rayonundakı Yanıq Mərkəzində müalicə alsa da, oktyabrın 10-da orada dünyasını dəyişib.


Məlumata görə, hadisə olan günü benzin alışaraq yanıb və mərhumun bacısının paltarına keçib. S. İbrahimova da bacısını yanğından xilas etmək istəyib, lakin alo ona da keçib. Nəticədə qadın yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.