Dəmir yumruq » Hadisə » Gəncədə "Qocalar evi"nin yanında meyit tapıldı
Hadisə / 10-10-2025, 09:38

Gəncədə "Qocalar evi"nin yanında meyit tapıldı

 Gəncədə meyit tapılıb.

Demiryumruq.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Kəlbəcər rayon sakini 62 yaşlı X.Bayramovun meyiti yaşadığı əraziyə yaxın yerdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Məlumata görə, kişinin meyiti keçmiş məcburi köçkünlərin məskunlaşdığı "Qocalar evi"nin yaxınlığında tapılıb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.