Lerikldə zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:17-də Lənkəran stansiyasından 16 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 17 km olub. Zəlzələ hiss olunmayıb.