Xəbər lenti
Dəmir yumruq » Dünya » Zelenski Ukraynadakı vəziyyətin qlobal həlli yolunda “üç addım”ı açıqlayıb
Dünya / 13-12-2022, 02:55

Zelenski Ukraynadakı vəziyyətin qlobal həlli yolunda “üç addım”ı açıqlayıb

Prezident Volodimir Zelenski Ukraynadakı vəziyyətin qlobal həlli yolunda “üç addım”ı açıqlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə o, G7 ölkələrinin liderləri qarşısında çıxışı zamanı bəyan edib.

“Ukraynaya dəstək bu il olduğu kimi gələn il də davam etdirilməlidir. Bununla yanaşı, biz sülhün əldə olunmasını sürətləndirəcək çoxdan gözlənilən addımları atmalıyıq. Onlardan üçü var”, - deyə o bildirib.

Dövlət başçısı ilk addım kimi Ukraynanı müasir tanklar, artilleriya, mərmi, daha çox reaktiv artilleriya və uzaqmənzilli raketlərlə təmin etmək olduğunu qeyd edib: “İkincisi, 2023-cü ildə maliyyə, enerji və sosial sabitliyin dəstəklənməsidir. Xüsusilə, Ukraynanın enerji sektorunun etibarlı qorunmasına" zəmanət verməkdir”.

Zelenskinin sözlərinə görə, sülhə gedən yolda üçüncü addım onun əvvəllər təklif etdiyi “sülh formulu”nun həyata keçirilməsidir. Bunun üçün Qlobal Sülh Sammitinin çağırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.