Peruda hökumət əleyhinə etirazlar: 4 ölü, 38 yaralı
Peruda hökumət əleyhinə etirazlar zamanı azı 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Bu günədək ölkənin müxtəlif bölgələrində keçirilən nümayişlər zamanı 8 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 30 nəfər evə buraxılıb, 4 nəfər ölüb", - nazirliyin tviter səhifəsində deyilir.
Qeyd edək ki, daha əvvəl 3 nəfərin öldüyü bildirilirdi. RPP radiostansiyasının məlumatına görə, toqquşmaların dördüncü qurbanı Çinçeros əyalətində Apurimak departamentində keçirilən nümayiş olub. Eyni ərazidə bir qrup etirazçı polis idarəsinə hücum edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin