Xəbər lenti
Dəmir yumruq » Dünya » Tviterin sahibindən ABŞ-ın sabiq prezidenti ilə bağlı etiraf
Dünya / 13-12-2022, 02:53

Tviterin sahibindən ABŞ-ın sabiq prezidenti ilə bağlı etiraf

Eyni adlı sosial şəbəkənin sahibi olan tviterin rəhbəri İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampın hesabının təzyiqlər səbəbindən 2021-ci ildə bloklandığını bildirib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə o, özünün tviter səhifəsində yazıb.

“Yüzlərlə işçi fəalın təzyiqi altında tviter ABŞ-ın keçmiş prezidenti Trampı blokladı, baxmayaraq ki, onlar özləri də Trampın qaydaları pozmadığını etiraf edirlər”, - deyə İ.Mask bildirib.

Qeyd edək ki, Trampın tviterdəki səhifəsi ötən ay İlon Maskın siyasətçinin sosial şəbəkədəki hesabının blokdan çıxarılacağını elan etməsindən dərhal sonra bərpa olunub. Trampın 2009-cu ilin martında yaradılan səhifəsindəki bütün yazıları saxlanılır. Son mesaj 2021-ci il 9 yanvar tarixində yazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.