Xəbər lenti
Dəmir yumruq » Dünya » Beyin implantı - gələcəyin ünsiyyəti
Dünya / 13-12-2022, 02:51

Beyin implantı - gələcəyin ünsiyyəti

Texnologiyanı ağılla idarə etmək bacarığı artıq elmi fantastika deyil, bir neçə şirkət insanlara bunu etməyə imkan verən beyin implantları hazırlayır. Bu şirkətlərdən biri dünyanın ən varlı adamı İlon Maska məxsusdur.

AZƏRTAC Evronewsa istinadla xəbər verir ki, beyin implantı stentrod iflicin ağır formaları olan insanlara yazı yazmaq, mesaj göndərmək, e-poçt, onlayn alış-veriş və bankçılıq kimi vəzifələri yerinə yetirməyə imkan verəcək. Alimlərin fikrincə, simsiz olaraq xarici cihazlara ötürməyə imkan verən beyin-kompüter interfeysi bütün kommunikasiyaların gələcəyidir.

Stentrod implantı sadəcə, boyun venasından beyinə daxil edilir. Beləliklə, xəstələr sensor ekran, siçan, klaviatura və ya səs aktivləşdirmə texnologiyasının vasitəçiliyi olmadan rəqəmsal cihazları idarə etmək üçün beyin impulslarından istifadə edə bilirlər.

Bu günə qədər stentrod implantı yalnız bir neçə xəstəyə quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.