Rusiya Dövlət Dumasının sədri Türkiyəyə rəsmi səfər edəcək
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin dekabrın 12-13-də Türkiyə Respublikasına rəsmi səfər edəcək.
AZƏRTAC Rusiya Dövlət Dumasının rəsmi saytına istinadla xəbər verir ki, səfərin proqramına Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüş daxildir. Görüşdə iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafı məsələsi müzakirə ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin