Filippində güclü zəlzələ baş verib
Filippinin Mindanao adasında 6,1 bal maqnitudada zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri əhalisi 105 min civarında olan Mati şəhərindən 55 km cənubda yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə qeydə alınıb.
Ölən və dağıntılar məlumat verilməyib.