Aİ Gürcüstanın müdafiə qabiliyyətinin artırılmasına 20 milyon avro ayırıb
Avropa İttifaqı (Aİ) Şurası Gürcüstanın müdafiə qabiliyyətinin artırılması üçün 20 milyon avro məbləğində yardım ayrılmasına razılıq verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yardım paketi Avropa Sülh Fondunun Avropa İttifaqının müdafiə və təhlükəsizlik siyasəti çərçivəsində qəbul edilib.
Yardım Gürcüstanın kiber-təhlükəsizliyinin, hərbi-tibb, hərbi–mühəndis qurğularının və nəqliyyat vasitələrinin potensialının artırılmasına yönəldiləcək.
Qeyd edək ki, Gürcüstan artıq ikinci dəfədir Aİ-dən bu cür yardım alır. İlk yardım Gürcüstana 2021-ci ildə ayrılıb.