Niderland Ukraynaya enerji infrastrukturu üçün 18 milyon avro yardım edəcək
Niderland hökuməti Ukraynaya enerji infrastrukturunun təmiri üçün zəruri avadanlığın alınmasında 18 milyon avro yardım edəcək. Yardıma, o cümlədən enerji təchizatının bərpası üçün lazım olan transformatorlar, qurğular və kabellər daxildir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Niderland Ukraynaya qışdan çıxmaq üçün ümumilikdə 180 milyon avro ayırıb. Onun 18 milyonu həyati vacib infrastrukturun bərpası işlərində istifadə ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin