Xəbər lenti
Dəmir yumruq » Dünya » Avropa İttifaqında hava yolu ilə səyahət edənlərin sayı 35 faiz artıb
Dünya / 8-12-2022, 02:56

Avropa İttifaqında hava yolu ilə səyahət edənlərin sayı 35 faiz artıb

Avropa İttifaqında (Aİ) 2021-ci ildə hava yolu ilə səyahət edən sərnişinlərin sayı əvvəlki ilə nisbətən 35 faiz artıb.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosu (“Eurostat”) 2020-ci ildə COVID-19 epidemiyasının ciddi şəkildə təsir göstərdiyi aviasiya sektorunun ötən il bərpa olunduğunu bildirib. Belə ki, 2021-ci ildə Avropa İttifaqı ölkələrində hava yolu ilə səyahət edən sərnişinlərin sayı əvvəlki ilə nisbətən 35 faiz artaraq 373 milyona çatıb. Səfərlərin 39 faizi Avropa İttifaqı xaricinə, 38 faizi ittifaqa üzv ölkələr arasında, 23 faizi isə Aİ ölkələrinin daxili marşrutlarında həyata keçirilib.

Qeyd edək ki, pandemiyadan əvvəl, 2019-cu ildə Avropa İttifaqı ölkələrində hava yolu ilə səyahət edənlərin sayı 1 milyardı ötüb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.