Rostovda pulemyotdan polislərə atəş açan fərari saxlanılıb
Moskva, 7 dekabr, AZƏRTAC
Rusiyanın Rostov vilayətinin Novoşaxtinski qəsəbəsində pulemyotdan polislərə atəş açan şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, hadisə dekabrın 6-da baş verib. Hərbi geyimli şəxs “Kalaşnikov” markalı pulemyotdan atəş açaraq bir polisi yaralayıb.
Polislərə atəş açan şəxsin “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşən və fərarilik etmiş Pavel Nikolin olduğu aşkarlanıb. O, noyabrın 24-də hərbi hissədən qaçıb. Dekabrın 7-də Nikolini Novoşaxtinskidə boş evlərdən birində saxlayıblar.