Xəbər lenti
Dəmir yumruq » Dünya » “Apple” pilotsuz elektromobilinin debütünü 2026-cı ilədək təxirə salıb
Dünya / 7-12-2022, 13:42

“Apple” pilotsuz elektromobilinin debütünü 2026-cı ilədək təxirə salıb

Bakı, 7 dekabr, AZƏRTAC

Amerikanın “Apple Inc” kompaniyası pilotsuz elektrik avtomobilinin istehsalını 2026-cı ilə qədər təxirə salıb və özünüidarə dərəcəsi ilə bağlı ambisiyalarından bir qədər geri çəkilib.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, “Apple” rəhbərliyi sükanı və pedalı olmayan, özünü tam idarə edən avtomobillə bağlı baxışlarını mövcud texnologiya ilə həyata keçirilə bilməyəcəyi qənaətinə gəldikdən sonra “Titan” layihəsi son bir neçə ay ərzində qeyri-müəyyən vəziyyətdə qalmışdı. Bu səbəbdən kompaniyanın mütəxəssisləri layihəni korrektə etmək qərarına gəliblər. “Apple” indi həm sükanı, həm də pedalları olan, magistral yollarda avtonom idarəetmə imkanına malik elektromobil hazırlamağı planlaşdırır.

Avtomobilin sürücüsü magistral yolda hərəkət edərkən kinoya baxa və ya oyun oynaya biləcək, şəhər küçələrinə yaxınlaşdıqda və ya hava şəraiti pisləşdikdə isə idarəetməni öz üzərinə götürmək üçün əvvəlcədən bildirişlər alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.