Xəbər lenti
Dəmir yumruq » Dünya » Rusiyada dövlət orqanları binalarının yaxınlığında mitinqlər keçirilməsi qadağan olunub
Dünya / 6-12-2022, 03:02

Rusiyada dövlət orqanları binalarının yaxınlığında mitinqlər keçirilməsi qadağan olunub

Rusiyada dövlət orqanları binalarının yaxınlığında mitinq, yürüş və ya nümayişlər keçirilməsi qadağan olunub.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə qanun imzalayıb.

Qanuna əsasən, vağzal, aeroport, təhsil və tibb müəssisələri və digər dövlət orqanlarının yaxınlığında mitinq, yürüş və nümayişlər keçirilməsi qadağandır. Bu siyahıya elektrik, istilik və su xətləri şəbəkələri, dini məbədlər də daxildir.

İndiyədək Rusiyada prezident iqamətgahı, məhkəmə, xilasetmə müəssisələrində və onların ətrafında mitinqlər və nümayişlər keçirilməsi qadağan edilmişdi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.