Xəbər lenti
Dəmir yumruq » Dünya » Rusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək
Dünya / 3-12-2022, 16:05

Rusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək

Rusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, Avropa İttifaqı, G7 ölkələri və Avstraliya Rusiya neftinin bir barelinin qiymətini 60 dollar məbləğində müəyyən ediblər. D.Peskov ölkəsinin bu qərarla razı olmadığını və vəziyyətlə bağlı təcili təhlil aparıldıqdan sonra qərar veriləcəyini bildirib.

Rusiya hökuməti sədrinin müavini Aleksey Novak da məsələ ilə əlaqədar qeyd edib ki, RF qiymət həddi müəyyən etmiş ölkələrə neft ixrac etməyəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.