Dəmir yumruq » Dünya » Ərdoğan ABŞ-yə getdi
Dünya / Bugün, 05:50

Ərdoğan ABŞ-yə getdi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkda keçiriləcək 81-ci Baş Assambleyasının iclaslarında iştirak etmək üçün ABŞ-yə səfər edib.
 
Demiryumruq.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan sentyabrın 22-də “Etimadın yenidən qurulması, transformasiyanın idarə edilməsi: Hamı üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı” mövzusunda keçiriləcək Baş Assambleyanın ümumi müzakirələrində çıxış edəcək.
 
Türkiyə Prezidenti BMT Baş Assambleyasının ilk günündə liderlərin çıxışları proqramında dördüncü çıxış edən olacaq. Bu, Ərdoğanın BMT Baş Assambleyasındakı 16-cı çıxışı olacaq.
 
Səfər çərçivəsində Ərdoğanın dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.
 
Türkiyə Prezidenti sentyabrın 23-də BMT Baş katibinin İqlim Fəaliyyəti Sammitində də çıxış edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.