Dəmir yumruq » Dünya » Ukrayna münaqişəsinin nizamlanmasında nə zaman irəliləyiş əldə olunacaq?
Dünya / 7-09-2026, 07:29

Ukrayna münaqişəsinin nizamlanmasında nə zaman irəliləyiş əldə olunacaq?

 

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Kiyevdə Ukrayna ilə danışıqlar zamanı münaqişənin nizamlanmasında qışa qədər irəliləyişə nail olmağa çalışdıqlarını bildiriblər.

Demiryumruq.az xəbər verir ki, bu barədə "Axios" mənbəyə istinadən məlumat yayıb.

Nəşrin Kiyevdəki danışıqlarda iştirak edən digər həmsöhbəti görüşün yaxşı keçdiyini, Kuşner və Uitkoffun tərəflərlə "yenilənmiş" sülh təklifi üzərində işləmək niyyətində olduqlarını bildirib. "Bütün maraqlı tərəflər müvafiq addımlar atarsa, vəziyyət yaxşılığa doğru dəyişə bilər", - deyə o bildirib.

"Financial Times" da mənbələrə istinadən yazır ki, amerikalı təmsilçilər Kiyevi qışa qədər irəliləyiş əldə etməyin mümkün olduğuna inandırıblar. Nəşrin mənbələri bildiriblər ki, Uitkoff və Kuşner danışıqlara əvvəlki sülh cəhdlərinin dalana dirənməsindən sonra dəyişən şərait nəzərə alınmaqla yenidən işlənmiş, əvvəllər dərc olunmuş sənədlərin yenilənmiş versiyalarını gətiriblər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.