Dəmir yumruq » Dünya » Kreml anlamalıdır ki, bu, ona baha başa gələcək
Dünya / 16-07-2026, 12:25

Kreml anlamalıdır ki, bu, ona baha başa gələcək

 

Rusiya artıq təhlükəli strateji asimmetriyadan istifadə edərək Ukraynanın infrastrukturunu məhv edə, eyni zamanda öz hərbi iqtisadiyyatını qoruyub saxlaya bilmir.
 
Demiryumruq.az xəbər verir ki, bunu ukraynalı ekspert Sergey Makoqon bildirib.
 
Onun fikrincə, Ukrayna Kremlə təzyiq nöqtəsini tapıb:
 
“Məhz Rusiyanın neft sənayesinə vurulan zərbələr Kreml üçün müharibəni davam etdirməyin iqtisadi, hərbi və siyasi xərclərini artırır. Bu proses o vaxta qədər davam etməlidir ki, Moskva müharibəni uzatmağın onu dayandırmaqdan daha baha başa gələ biləcəyini başa düşsün".
 
Ekspert qeyd edib ki, artıq Sibirin dərinliklərində yerləşən digər mühüm enerji obyektləri də Ukraynanın zərbə imkanları daxilindədir:
 
"Rusiyanın artıq təhlükəsiz arxa cəbhəsi yoxdur və məsafə artıq müdafiə vasitəsi sayılmır”.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.