Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Ötən il Azərbaycanda 62 minə yaxın cütlük nikaha daxil olub
Cəmiyyət / 19-02-2023, 06:56

Ötən il Azərbaycanda 62 minə yaxın cütlük nikaha daxil olub

Ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61 min 939 nikaha daxilolma və 15 min 983 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə 1,7-dən 1,6-ya düşüb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 min 869 nəfər gələn, ölkədən isə 1069 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 1800 nəfər təşkil edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.