Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » İnklüziv məkanda gənc kulinarlar üçün master-klas təşkil olunub
Cəmiyyət / 18-02-2023, 06:59

İnklüziv məkanda gənc kulinarlar üçün master-klas təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Birgə və Sağlam İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Pizza man” adlı master-klas təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Birgə və Sağlam İctimai Birliyinin tərkibində fəaliyyət göstərən “Kashalata Cafe”nin autizm spektrli personalı mərkəzin qonağı olub.

Onlar burada müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim alan benefisiarlarla birlikdə pizza hazırlayıblar. Tədbirdə mərkəzdən 10 benefisiar, “Kashalata Cafe”dən 10 nəfər olmaqla, ümumilikdə 20 gənc kulinar iştirak edib. Gənc aşpazlara kulinariya üzrə təlimçilər, peşəkar aşpazlar bələdçilik ediblər. Azərbaycan Aşpazlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə, Gildiyanın üzvləri Eynur Nağdəliyev və Əli Rəhimovun köməkliyi ilə gənc kulinarlar pizzalar hazırlayaraq dadına baxıblar.

Tədbir çərçivəsində qonaqlar mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim prosesi ilə tanış olublar. Onlar musiqi studiyasında mərkəzin estrada ansamblının müşayiəti ilə benefisiarlarla birlikdə mahnılar ifa ediblər. Birgə və Sağlam İctimai Birliyinin xor qrupunun üzvləri Kənan Məmmədov və Əlsahib Bayramovun ifaları maraqla qarşılanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.