Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Bioloji aktiv qida məhsulları dərman vasitəsi deyil
Cəmiyyət / 16-02-2023, 17:39

Bioloji aktiv qida məhsulları dərman vasitəsi deyil

Bioloji aktiv qida məhsulları dərman vasitəsi deyil və xəstəliklərin müalicəsində istifadə edilə bilməz. Həmin məhsullar sadəcə qida rasionunu zənginləşdirir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a məlumat verərək bildiriblər ki, bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının ölkə ərazisində dövriyyəsi isə qadağandır.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə görə yanvarın 1-dən həmin məhsulların istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunur. Agentlik tərəfindən bioloji aktiv qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarət gücləndirilib və tibbi reseptlərdə həmin məhsulları dərman vasitəsi kimi qeyd edən həkimlər inzibati məsuliyyətə cəlb olunacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.