Dəmir yumruq » Cəmiyyət » Çində yaşayan azərbaycanlılar Türkiyəyə yardım göndərib
Cəmiyyət / 11-02-2023, 15:24

Çində yaşayan azərbaycanlılar Türkiyəyə yardım göndərib

Azərbaycanda olduğu kimi, xaricdə yaşayan soydaşlarımız da Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım kampaniyaları həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Çində yaşayan və təhsil alan azərbaycanlılar bu ölkədəki Türkiyə vətəndaşları ilə birgə yardım kampaniyasına başlayıblar. Kampaniya çərçivəsində zəlzələ bölgəsində zərərçəkənlərin yerləşdirilməsi üçün ilkin mərhələdə çadırlar alınaraq, Türkiyəyə yola salınıb. Növbəti mərhələdə digər lazımi əşyalar qardaş ölkəyə göndəriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.