Dəmir yumruq » Cəmiyyət » Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 3727 şəxsə iş yerlərinə göndəriş verilib
Cəmiyyət / 10-02-2023, 15:01

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 3727 şəxsə iş yerlərinə göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 200 şəxsə iş yerlərinə göndəriş verildi.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla müvafiq işəgötürənlərə dəstək məqsədi daşıyır.

Ümumilikdə iki il əvvəl icrasına başlanan proqram üzrə ötən dövrdə 500-dən çox işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb və bu əməkdaşlıq çərçivəsində 3727 şəxsə iş yerlərinə göndəriş verilib.

Proqrama qoşulmaq istəyən işəgötürənlər https://dma.gov.az/reyestrler/birge-maliyyelesme-uzre-reyestre-muraciet-et agentliyin rəsmi saytından müraciət edə bilərlər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.