Dəmir yumruq » Cəmiyyət » Türkiyədə müalicə alan daha səkkiz qazi Vətənə qayıdıb
Cəmiyyət / 5-02-2023, 21:20

Türkiyədə müalicə alan daha səkkiz qazi Vətənə qayıdıb

Vətən müharibəsində ağır yaralanan səkkiz qazi Türkiyə Respublikasında davam edən müalicələrini tamamlayaraq Vətənə qayıdıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan yeddi nəfərinin müalicə müddəti müvafiq olaraq iki il, bir nəfərin isə bir il müddətində davam etdirilib. Təqdim olunan həkim rəyinə əsasən onların müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəssisələrində davam etdiriləcək. Həmin qazilər Samir Daşqın oğlu Əliyev, Elşən Çingiz oğlu Xanəliyev, Elmar Elmir oğlu Nəsirov, Etiram Nağı oğlu Musayev, Valeh Mehrac oğlu İsayev, Əzim Rafik oğlu Qafarov, Əfsər Tələt oğlu Ataxanlı, Calal Elfaq oğlu Sadıqovdur.

Xatırladaq ki, “YAŞAT” Fondunun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.