Dəmir yumruq » Cəmiyyət » Yanvarda orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 40,5 faiz artıb
Cəmiyyət / 5-02-2023, 21:16

Yanvarda orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 40,5 faiz artıb

Cari ilin yanvar ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 40,5 faiz artıb.

Dövlət sosial müdafiə fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 282,7 manat idisə, cari ilin yanvar ayında bu məbləğ artaraq 397,2 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.