Dəmir yumruq » Cəmiyyət » Litva və Xorvatiya mütəxəssisləri ilə birgə onlayn ekspert müzakirəsi aparılıb
Cəmiyyət / 4-02-2023, 21:02

Litva və Xorvatiya mütəxəssisləri ilə birgə onlayn ekspert müzakirəsi aparılıb

Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə yanvarın 30-dan fevralın 3-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə Litva və Xorvatiyadan olan mütəxəssislərin onlayn ekspert müzakirəsi aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müzakirə “Məzuniyyət vaxtı üçün orta aylıq

əməkhaqqının hesablanması qaydası və orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyənləşdirilməsi” mövzusunda olub.

Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinin şöbə müdiri Vita Baliukeviçiene və Xorvatiyanın Əmək, Pensiya Sistemi, Ailə və Sosial Siyasət Nazirliyinin sektor müdiri Anita Zirdum müvafiq mövzuda Avropa təcrübəsini bölüşüb və ətraflı fikir mübadiləsi aparıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.