Dəmir yumruq » Cəmiyyət » Halvanın tərkibində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb
Cəmiyyət / 2-02-2023, 17:32

Halvanın tərkibində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Çinar Company” MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan “Ubk Karaağaç Gıda A.S” şirkətinə məxsus ümumi çəkisi 293 kiloqram halvaya keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.