Dəmir yumruq » Cəmiyyət » Pomidor yetişdirilən təsərrüfatlarda fitosanitar müşahidələr aparılıb
Cəmiyyət / 1-02-2023, 06:51

Pomidor yetişdirilən təsərrüfatlarda fitosanitar müşahidələr aparılıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin ölkə ərazisində vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq istixanalarda fitosanitar monitorinqlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər çərçivəsində agentliyin Qarabağ regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Bərdə rayonunun Şatırlı və Yenidaşkənd, Tərtər rayonunun Soyulan kəndləri ərazisində yerləşən istixanalarda, Quba-Xaçmaz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən isə Xaçmaz rayonunun Tağaroba kəndi ərazisindəki “RK AGRO” MMC-yə məxsus istixanada fitosanitar müşahidələr aparılıb.

Müşahidələr zamanı nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində hər hansı uyğunsuzluq halı müəyyən edilməyib.

Monitorinq zamanı təsərrüfat sahibləri ilə təsərrüfatda çalışan işçilər pomidorun əsas xəstəlik və zərərvericiləri haqqında məlumatlandırılıb. Həmçinin onlara “İstixanalarda zərərli orqanizmlərin idarə olunmasına dair Təlimat”da göstərilən tədbirlərin icrası və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar müvafiq istiqamət verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.